ÜST: "Omicron" dünya miqyasında dominant variantdır

Yeni növ koronavirusun (Covid-19) "Omicron" variantının dünya miqyasında digər variantlar üzərində xeyli dominant olduğu bildirib.

1772175
ÜST: "Omicron" dünya miqyasında dominant variantdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun (Covid-19) "Omicron" variantının dünya miqyasında digər variantlar üzərində xeyli dominant olduğu bildirib və epidemiyanın hazırkı gedişatının "Omicron" virusunun qlobal yayılması ilə xarakterizə olunduğunu qeyd edib.

ÜST-nin saytında dərc olunan "Həftəlik Covid-19 Yeniləmə Hesabatı"nda həftəlik "Covid-19" hadisəsi və ölüm faktlarının artımı nisbətləri ilə "Omicron" variantının son vəziyyəti qiymətləndirilib.

24-30 yanvar tarixləri arasında qlobal "Covid-19" faktları əvvəlki həftə ilə müqayisədə demək olar ki, eyni sürətlə artarkən, son bir həftədə can itkisi 9 faiz artıb.

Son bir həftədə dünyada təxminən 22 milyon yeni "Covid-19" faktı qeydə alınıb, 59 mindən çox insan isə virusa görə dünyasını dəyişib.

Qeyd edilib ki, "Covid-19" virusunun "Alpha", "Beta", "Gamma", "Delta", "Lambda" və "Mu" variantları qlobal miqyasda azalıb, "Omicron" isə əvvəlki variantları demək olar ki, tamamilə əvəz edib.

Qrip məlumatlarının paylaşılması üzrə Qlobal Təşəbbüs (GISAID) tərəfindən son bir ayda dünyadan toplanan 433 min 223 müsbət "Covid-19" nümunəsinin 93 faizinin "Omicron", 6,7 faizinin "Delta", qalanının isə digər variantlara aid olduğu bildirilib.

Bu rəqəmlərlə "Covid-19" epidemiyasının qlobal yayılmasının "Omicron" vasitəsilə səciyyələndirildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr