Meksikanın ilk Ay kəşfiyyat missiyası işə başladı

Meksika Milli Avtonom Universitetinin (UNAM) rektoru Enrike Qraue Viçers (Enrique Graue Wiechers) sözügedən mövzu ilə bağlı deyib...

1772495
Meksikanın ilk Ay kəşfiyyat missiyası işə başladı

 

  Meksikada "Project Colmena" adlandırılan ilk Ay kəşfiyyat missiyası işə başladı.

  Meksika Milli Avtonom Universitetinin (UNAM) rektoru Enrike Qraue Viçers (Enrique Graue Wiechers) sözügedən mövzu ilə bağlı deyib: “30-60 gün aralığında sürəcək Ay missiyamız başladı. Məqsəd Ay səthinə beş avtonom mikro-rover (mikro-gəzəyən) yerləşdirməkdir.

  Meksika Xarici İşlər Nazirliyi roverlərin hal-hazırda ABŞ-ın “Peregrine” kosmik gəmisinin göyərtəsində olduğuna və iyun ayında Aya enəcəyinə dair məlumat verib.

  Qeyd edək ki, Meksikanın kosmos cəhdlərindəki müxtəlif hədəflərindən biri olan "Project Colmena" UNAM, Meksika Kosmos Agentliyi və Kosmik Cihazlar Laboratoriyasının (LİNX) birgə iştirakı ilə icra edilir.

  Meksika Kosmos Agentliyinin Baş direktoru Salvador Landeros Ayala "Project Colmena"nın Meksikanın ilk Ay layihəsi olduğunu və bənzər layihələrin üzərində çalışıldığını söyləyib.



Әlaqәli Xәbәrlәr