Qlaukoma xəstəliyinin inkişafını dayandıran eynək

Müasir texnologiya ilə hazırlanan eynəklər görmə itkisinin ümumi səbəbi olan qlaukoma xəstəliyinin inkişafını dayandırır.

1753615
Qlaukoma xəstəliyinin inkişafını dayandıran eynək

Qlaukoma, gözün arxasındakı işığa həssas hüceyrə təbəqəsi olan retinanı beyindəki görmə mərkəzi ilə birləşdirən bir milyondan çox optik sinirin zədələnməsinə səbəb olan ümumi bir göz xəstəliyidir. Gözün ön hissəsində mayenin yığılması göz daxilində və sinir üzərində təzyiqin artması ilə nəticələnir və görmə itkisinə səbəb olur.

Cənubi Koreyalı Nu Eyne tərəfindən hazırlanan və Göz təzyiqinin inkişafını dayandırdığı bildirilən yeni texnologiya məhsulu eynək optik sinirin özünü bərpa edə bilməsi üçün gözə elektrik siqnallarını ötürmək üzrə diyazn edilib.

Virtual reallıq eynəklərinə bənzəyən yeni cihaz sinir toxumasının bərpasını təşviq etmək üçün aşağı səviyyəli elektrik stimulyasiyasından istifadə edir. Elektrik impulsları kiçik elektrodlar vasitəsilə gözləri əhatə edən dəriyə ötürülür. Elektrik stimullaşdırılması optik sinirdə böyüməyə təkan vermək üçün bədənin yara sağalma mexanizmlərini təqlid edir. Gündə yarım saat taxılan bu eynəklər İngiltərədə klinik sınaqlarda istifadə olunmağa başlayıb. Tədqiqatçılar, əvvəlki uğurlu tədqiqatlarla dəstəklənən müalicənin Böyük Britaniyada yarım milyondan çox insanda təsir edən qlaukoma xəstəliyinin inkişafını dayandıracağına inanırlar.



Әlaqәli Xәbәrlәr