“Facebook” üz tanıma sistemi yaxınlarda bağlanır

Yeni adıyla Meta Süni İntellekt Şirkətinin vitse-prezidenti Cerom Pezenti (Jerome Pesenti) bloq yazısında “facebook”da üz tanıma sistemini bağlayacaqlarını bildirərək belə deyib...

1728644
“Facebook” üz tanıma sistemi yaxınlarda bağlanır

 

  İctimai media platforması “Facebook” şirkəti üz tanıma sistemini qarşıdakı həftələrdə bağlamağı və bir milyarddan çox istifadəçinin üz darama (skan) məlumatlarını silməyi planlanşadırdığını duyurub.

  Yeni adıyla Meta Süni İntellekt Şirkətinin vitse-prezidenti Cerom Pezenti (Jerome Pesenti) bloq yazısında “facebook”da üz tanıma sistemini bağlayacaqlarını bildirərək belə deyib: “Üz tanıma nizamını seçən adamlar artıq foto və videolarda avtomatik müəyyən olunmayacaq: bir milyarddan çox istifadəçinin üz tanıma məlumatları silinəcək.

  Üzün tanınması üçün müsbət istifadə hallarını ictimai fikirlərə alaraq ölçməliyik. Bu mövzuda tənzimləyicilər hələ aydın təlimat verməyib. Çünki üz tanıma texnologiyasının cəmiyyətdəki yeri ilə bağlı bir çox narahatlıq vardır. Onun istifadəsini tənzimləyən dəqiq qaydalar toplusunu təqdim etmək prosesindəyik. Bu qeyri-müəyyənliyə görə məhdudlaşdırmaya getməyi məqsədəuyğun hesab edirik”.



Әlaqәli Xәbәrlәr