Gənc yaşlarda spirtli içki istifadəsi damarlara necə təsir edir?

Araşdırma 1655 iştirakçının fərqli səviyyələrdə spirtli içki və tütün istifadəsinə görə təsnif edilərək işlənilib

1695990
Gənc yaşlarda spirtli içki istifadəsi damarlara necə təsir edir?

 

  Gənc yaşlarda spirtli içki istifadəsi qan damarlarının erkən yaşlanmasına səbəb olur.

  Avropa Kardiologiya Dərnəyinin 2021-ci il konqresinə təqdim etdiyi elmi işin müəllifi Hüqo Uolford (Hugo Walford) davamlı spirtli içki istifadəsinin damarların yaşlanmasında pilləli artıma səbəb olduğunu bildirərək istehlak edilən spirtin miqdarının artması ilə arteriya damarlarının tıxanıqlığının da çoxaldığını yazıb.

  Gənc yaşlarda spirtli içki istifadəsinin ürək sağlığına təsirlərinə toxunulmayan araşdırmada spirt istehlakının damarlara təsiri mövzusuna yer verilib.

  Elmi məqalədə damarların təbii olaraq zamanla elastik quruluşunu itirərək daha sərtləşdiyi və bu damarların ürək narahatlıqları və iflic kimi xəstəlik risklərini artırdığı bildirilib.

  Sözügedən araşdırmada 17-24 yaşlarındakı yetkin və gənclər arasında tez-tez spirtli içki istifadəsinin damar tıxanmasında təsirlərindən bəhs edilib.

  Araşdırma 1655 iştirakçının fərqli səviyyələrdə spirtli içki və tütün istifadəsinə görə təsnif edilərək işlənilib.



Әlaqәli Xәbәrlәr