“Facebook” “Oculus Quest 2” - virtual həqiqət başlığı tətbiqini tanıtdı

“Facebook”un “Oculus” blokunda etdiyi şərhə görə...

1694731
“Facebook” “Oculus Quest 2” - virtual həqiqət başlığı tətbiqini tanıtdı

 

  Sosial media şirkəti “facebook” istifadəçilərin virtual bir ofisdə birlikdə işini təmin edəcək “Oculus Quest 2” virtual həqiqət başlığı tətbiqini tanıtdı.

  “Facebook”un “Oculus” blokunda etdiyi şərhə görə, “Mac” və “Windows” masaüstü tətbiqi sayəsində istifadəçilər gerçək masalarını və iş kompüterlərini virtual mühitə daşıya, yığıncaqlar əsnasında qeyd ala, qovluqlarını virtual həqiqətə keçirə və ekran paylaşması edə biləcəklər.

  Tətbiq inkişaf etmiş avatarlar və digər istifadəçilərin səsini virtual otaqdakı yerlərinə görə nizamlayan uzamsal səs texnologiyası ilə virtual yığıncaqları gerçəyə daha yaxın hala gətirməyi hədəfləyir.

  “Horizon Workrooms” tətbiqi virtual həqiqət başlığı olmayan istifadəçilərin virtual yığıncağa videokonfrans yoluyla qatılmasına da imkan verir.

  “Facebook”un qurucusu və idarə heyətinin sədri (CEO) Mark Zukerberq CBS kanalına müsahibəsində “Horizon Workrooms” tətbiqinin istifadəçilərə "eyni otaqda olan kimi bir yerdə olma hissi" verdiyini söyləyərək deyib: “Bu tətbiq insanların oyun oynayarkən və ya araşdırma apararkən özlərini birlikdəymiş kimi hiss edə biləcəkləri, "Metaverse" adlı yeni nəsil internetinin bir parçasıdır. "Metaverse" cib telefonlarımızdan və ya ekranlarımızdan baxacağımız deyil, parçası ola və içinə girə biləcəyimiz bir internetdir”.



Әlaqәli Xәbәrlәr