"TURKOVAC" İngiltərə ştammına qarşı yüz faiz təsirlidir

Yeni növ koronavirus (Covid-19) əleyhinə Türkiyədə istehsal edilən "TURKOVAC" peyvəndinin İngiltərə ştammına qarşı yüz faiz təsirli olduğu bildirildi.

1688294
"TURKOVAC" İngiltərə ştammına qarşı yüz faiz təsirlidir

Yeni növ koronavirus (Covid-19) əleyhinə Türkiyədə istehsal edilən "TURKOVAC" peyvəndinin İngiltərə ştammına qarşı yüz faiz təsirli olduğu bildirildi.

"TURKOVAC" Peyvənd Layihəsinin rəhbəri, professor doktor Aykut Özdarendeli Kayseri şəhərində keçirilən yığıncaqda tələbələr və mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Erciyes Universiteti Peyvənd Araşdırma və İnkişaf Mərkəzinin (ERAGEM) də direktoru olan Özdarendeli universitet olaraq, "TURKOVAC" peyvəndi ilə əlaqədar preklinika araşdırmaların tamamlandığını və istifadəyə icazə verilməzdən əvvəl son mərhələ olan üçüncü mərhələ fəaliyyətlərinin davam etdiyini bildirib.

Özdarendeli "TURKOVAC" peyvəndinin İngiltərə və "Delta" variantlarına qarşı təsirli olub olmadığı sualına

"İngiltərə variantına qarşı apardığımız araşdırmalarda "TURKOVAC" peyvəndi yüz faiz təsirlidir. Siçanlar üzərində apardığımız araşdırmalarda yüz faiz təsirli olduğunu gördük. "Delta" variantı üzərində araşdırmalar davam edir. Bu barədə hazırda tam bir məlumat olmadığı üçün bunu deyə bilmərəm" ifadələrdən istifadə edib.

Özdarendeli peyvəndin buraxılacağı tarixlə əlaqədar olaraq, "Düşünürəm ki, ilin sonuna qədər olacaq" deyib.



Әlaqәli Xәbәrlәr