Bor mədənindən krem istehsal edilib

Bolu Abant İzzet Baysal Universiteti (BAİBÜ) Sağlamlıq Elmləri Fakültəsində vəzifə icra edən elm adamları bor mədənindən yara və dəri baxımında istifadə etmək üçün krem ​​hazırlayıblar.

1666035
Bor mədənindən krem istehsal edilib

Bolu Abant İzzet Baysal Universiteti (BAİBÜ) Sağlamlıq Elmləri Fakültəsində vəzifə icra edən elm adamları bor mədənindən yara və dəri baxımında istifadə etmək üçün krem ​​hazırlayıblar. 

Layihə koordinatoru BAİBU Sağlamlıq Elmləri Fakültəsi dekanı prof. dr. Arzu İlçe dünya bor mədən ehtiyatlarının 73 faizinin Türkiyədə olduğunu xatırladaraq, bunun ölkə üçün əhəmiyyətli bir qaynaq olduğunu söyləyib.

Borun kosmetika, metallurgiya, təyyarə sənayesi, enerji, əkinçilik və səhiyyə kimi bir çox sektorda istifadə edildiyini vurğulayan İlçe fəaliyyətlər nəticəsində bor üzərində iki molekul aşkar edildiyini və hər iki molekulun da təsirli olduğunu gördüklərini qeyd edib. 

Arzu İlçe "Molekül 1-in xüsusilə açıq yaralarda, kəskin və xroniki yaralarda daha təsirli olduğunu gördük. Molekül 2, əl və bədən kremi kimi gözəllik məhsullarında və dermatoloji testlərindən sonra uşaqların dərisindəki səpgilər kimi alternativ məhsullarda istifadə edilə bilər" deyib.

BAİBU rektor müavini prof. dr. Kamil Gürel eyni zamanda bir çox sahələrdə istifadə olunan bor mədəninin tibb sahəsində də istifadə edildiyini bildirib.

Gürel universitetdə akademiklər tərəfindən hazırlanmış bor tərkibli məhsullara patent müraciətlərinin edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr