Türkiyənin yerli vaksini "TURKOVAC" koronavirusun "Alfa" variantına qarşı təsirlidir

Yeni növ koronavirus (Covid-19) əleyhinə yerli peyvənd "TURKOVAC"-ın İngiltərə variantı olan "Alfa" variantına qarşı təsirli olduğu bildirilib.

1664574
Türkiyənin yerli vaksini "TURKOVAC" koronavirusun "Alfa" variantına qarşı təsirlidir

Yeni növ koronavirus (Covid-19) əleyhinə yerli peyvənd "TURKOVAC"-ın İngiltərə variantı olan "Alfa" variantına qarşı təsirli olduğu bildirilib.

Heyvanlar üzərində aparılan tədqiqat uğurlu nəticələr veib.

Yaxın keçmişdə üçüncü mərhələ fəaliyyətləri başlanan yerli vaksin "TURKOVAC" ilə bağlı müjdəni Kayseri Erciyes Universiteti rektoru, prof. dr. Mustafa Mustafa Çalış verib.

İngilis variantı ilə əlaqədar tranzferik siçanları üzərində fəaliyyvətlər aparıldığını bildirən Çalış "Bizim peyvəndimiz "TURKOVAC"-ın ingilis variantına ən azı tranzferik siçanlarda heyvan sınaqlarında daha çox təsirli olduğunu gördük. Bunun müjdəsini vermək istəyirəm" deyib.

Mustafa Çalış "TURKOVAC"-ın digər variantlara qarşı təsirli olub olmayacağına dair isə, ümumiyyətlə elm adamları də inaktiv vaksinlərin bir çox varianta qarşı təsirli olacağının söyləndiyini dilə gətirərək, ""TURKOVAC"-ın ən qısa zamanda ölkəmizdə və bütün dünyada istifadəyə istifadəyə veriləcək hala gəldiyini görmək istəyirik. Bunu səbirsizliklə gözləyirik" deyə vurğulayıb.

"TURKOVAC"-ın üçüncü mərhələ fəaliyyətləri könüllülər üzərində davam edir.

Bu proses uğurlu olarsa, vaksin təcili istifadə icazəsi ilə milyonlarla insan üçün şəfa qaynağı olacaq.



Әlaqәli Xәbәrlәr