Ceff Bezos iyulun 20-də kosmosa uçacaq

“Amazon” və aerokosmik “Blue Origin” kompaniyalarının qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos kosmosa uçacaq.

1653631
Ceff Bezos iyulun 20-də kosmosa uçacaq

“Amazon” və aerokosmik “Blue Origin” kompaniyalarının qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos kosmosa uçacaq.

Uçuş iyulun 20-də “Blue Origin” kompaniyası tərəfindən hazırlanan “New Shepard” kosmik gəmisi ilə baş tutacaq. “New Shepard” yer atmosferindən kənarda qısa suborbital turist uçuşları üçün nəzərdə tutulan birpilləli raketdir. Kosmik gəminin sərnişin bölməsində altı nəfərlik oturacaq və Yer səthini müşahidə etmək üçün dörd illüminator var. “Blue Origin” kompaniyası raketi dəfələrlə sınaqdan keçirib, lakin sınaqlarda insanlar iştirak etməyib.

“Beş yaşından bəri kosmosa səyahət etməyi arzulamışam. İyulun 20-də bu səyahəti qardaşımla birgə həyata keçirəcəyəm. Ən yaxşı dostumla ən böyük macəra”, - deyə Ceff Bezos özünün İnstaqram səhifəsində yazıb.

Kosmik səyahətə, həmçinin bir sərnişin yeri uğrunda iyunun 10-da başa çatacaq online hərracın qalibi də qatılacaq. Hazırda kosmosa bilet üçün ən yüksək təklif 2,8 milyon dollar təşkil edib. Qalib iyunun 12-də məlum olacaq.

Hərracda əldə ediləcək gəlir “Blue Origin” kompaniyasının bir fonduna veriləcək.

 



Әlaqәli Xәbәrlәr