Günəş fəallığında ani yüksəliş qeydə alınıb

Günəş fəallığında ani yüksəliş qeydə alan rusiyalı alimlər Yer kürəsinin 3 gün müddətinə geomaqnit qasırğasına təslim olacağını ehtimal edirlər.

1645369
Günəş fəallığında ani yüksəliş qeydə alınıb

Günəş fəallığında ani yüksəliş qeydə alan rusiyalı alimlər Yer kürəsinin 3 gün müddətinə geomaqnit qasırğasına təslim olacağını ehtimal edirlər.

"Sputnik"in məlumatına görə, Rusiya Elmlər Akademiyasının Fizika İnstitutu Günəşin X-Ray Astronomiya Laboratoriyasından verilən açıqlamada, “Son bir neçə gündə Günəşdə aydın və bəzi qiymətləndirmələrə görə son illərin ən böyük fəallıq artımı qeydə alınıb” ifadələri yer alıb.

Açıqlamada 22 və 23 may tarixlərində Günəşin səthində 17 partlayışın baş verdiyi, bunların bəzilərinin kosmosa Günəş maddəsi püskürməsinə səbəb olduğu bildirilib.

Mütəxəssislərin hesablamalarına görə, püskürən Günəş maddəsinin Yerlə ilk təması bu axşam (yerli vaxtla) saat 22.00 radələrində baş verəcək. Bu, ilk geomaqnit fəaliyyətə səbəb olacaq. Günəş püskürməsinin ən sıx kütləsi isə sabah saat 04:00-da Yerə çatacaq. Bu ərəfədə, müddəti 3 və 6 saat arasında davam edəcək ilk geomaqnit qasırğası proqnozlaşdırılır. Qasırğalı vəziyyətin 27 may gününün sonunadək davam edəcəyi qeyd olunur.



Әlaqәli Xәbәrlәr