Əl-Cəzərinin məşhur fil saatı yenidən həyata qayıtdı

Hündürlüyü 4 metrə çatan saat təxminən 2,5 ton ağırlıqdadır

1644262
Əl-Cəzərinin məşhur fil saatı yenidən həyata qayıtdı

 

  Türkiyənin Anadolu bölgəsində yaşamış erkən dövr mexanika dahisi Əl-Cəzərinin məşhur fil saatı yenidən həyata qayıtdı. 8 əsrlik əsəri fizika mühəndisi və heykəl ustası İskəndər Giray bərpa etdi.

  Səkkiz əsr əvvəl Anadoluda ad-san qazanan, elmi ilə zamanı qabaqlayan dahi mühəndis Əl-Cəzəri dizaynlarıyla “Mexaniki, hidrolik və robotik texnologiyanın atası” sayılır. Onun ən məşhur əsərlərindən olan hava, su və boşluq tarazlığından istifadə edərək düzəltdiyi fil saat Kocaelindəki bir fabrikin maddi dəstəyi ilə bərpa edilib. Fizika mühəndisi və heykəl ustası İskəndər Giray əsəri təxminən 3 ilə tamamladı.

  Əl-Cəzərinin fil saatının bərpasında təxminən 4 min parça bir araya gətirilib. Hündürlüyü 4 metrə çatan saat təxminən 2,5 ton ağırlığındadır.



Әlaqәli Xәbәrlәr