Astronomlardan Yupiterin qeyri-adi təsvirləri

Həmin təsvirlər alimlərə müxtəlif uzunluqlu dalğalarda müşahidələri müqayisə etməyə imkan yaradıb.

1639309
Astronomlardan Yupiterin qeyri-adi təsvirləri

Astronomlar “Hubble” teleskopunun və Havay adalarında “Gemini” rəsədxanasının köməyilə eyni vaxtda spektrin infraqırmızı, görünən və ultrabənövşəyi diapazonunda Yupiterin tam təsvirlərini əldə ediblər.

Həmin təsvirlər alimlərə müxtəlif uzunluqlu dalğalarda müşahidələri müqayisə etməyə və qaz nəhənginin atmosferində əvvəllər görünməmiş detalları əldə etməyə imkan yaradıb. Hər üç müşahidə 2017-ci il yanvarın 11-də eyni vaxtda aparılıb. “Hubble” teleskopu öz kamerası ilə optik və ultrabənövşəyi dalğaları emal edib, infraqırmızı təsvir isə “Gemini” rəsədxanasında NIRI (Near-InfraRed Imager) qurğusu vasitəsilə əldə olunub. Nəticədə Yupiterin “üçqat” unikal şəkli - elektromaqnit spektrin ən geniş diapazonunu əhatə edən təsviri alınıb.



Әlaqәli Xәbәrlәr