"Mitsubishi" üç avtomobil zavodunda istehsalı azaldır

Avtomobil istehsalçısı "Mitsubishi" mühərrik və əyləc sistemlərində istifadə olunan çip tədarükü çatışmazlığına görə Yaponiya və Tailanddakı zavodlarında istehsalını azaltacağını açıqladı.

1627406
"Mitsubishi" üç avtomobil zavodunda istehsalı azaldır

Mitsubishi Motors-un verdiyi açıqlamaya görə, şirkət Smartfon, məişət texnikası, oyun konsolları və 5G texnologiyalara cip tələbinin artmasıyla bu məhsulun tədarükündə çatışmazlıq yaşanır.

Şirkətin açıqlamasında qeyd edilib ki, bu səbəbdən may ayından etibarən Yaponiyanın cənub-qərbindəki Aiçi və Okayama zavodları ilə Tailanddakı zavodda kütləvi istehsal təxminən 16 min ədəd azaldılacaq.



Әlaqәli Xәbәrlәr