Muğlada nəsli tükənməkdə olan qaraqulaq göründü

Muğla Sıtkı Koçman Universitetinin Fəthiyə Peşə Məktəbi Ətraf Mühiti Qoruma Texnologiyaları Bölümünün müəllimi Yasin İlemin tərəfindən əraziyə yerləşdirilən fototələnin ekranına bir qaraqulağın əksi düşüb

1623757
Muğlada nəsli tükənməkdə olan qaraqulaq göründü

 

  Nəsili tükənmə təhlükəsi altında olan, karacal (caracal) cinsindən olan vəhşi pişik növü qaraqulaq Türkiyənin Muğla rayonu meşəliyində yerləşdirilən fototələ kamerasına düşüb.

  Muğla Sıtkı Koçman Universitetinin Fəthiyə Peşə Məktəbi Ətraf Mühiti Qoruma Texnologiyaları Bölümünün müəllimi Yasin İlemin tərəfindən əraziyə yerləşdirilən fototələnin ekranına bir qaraqulağın əksi düşüb. O, bu şəkli sosial mediadan paylaşdıqdan sonra diqqətləri şəkib və çox adam bu vəhşi pişiyi izləyərək paylaşıb.

  Yasin İlemin illərdir qaraqulaqlarla bağlı tədqiqat apardığını, əldə etdiyi görüntünün dəqiq olduğunu söyləyərək bildirib: “Qaraqulaqlar çətin ovlanan vəhşi pişik növüdür. Ona görə də quru yollarına xəbərdarlıq lövhələri yerləşdiriləcək. Sonra bu vəhşi pişiklərin ən çox gəzdiyi yerlərə eko-sistem keçid nöqtələri yaradılacaq. Ümid edirəm ki, bu şəkildə bölgə insanları özünü təhlükəsiz hiss edəcək."



Әlaqәli Xәbәrlәr