“Covid-19” nevroloji və ya psixoloji kimi xəstəliklərə səbəb olur

Yeni növ koronavirusa (Covid-19) yoluxan hər 3 nəfərdən biri psixoloji və ya nevroloji xəstəliklərlə qarşılaşır.

1616433
“Covid-19” nevroloji və ya psixoloji kimi xəstəliklərə səbəb olur

ABŞ-da bununla bağlı ətraflı araşdırma aparılıb. 236 min insanın daxil olduğu araşdırmaya görə, “Covid-19” infeksiyasına yoluxanların 34%-də xəstəlikdən sonra altı ay ərzində nevroloji və ya psixoloji problemlər aşkarlanıb. Bildirilir ki, bu xəstələrin 17%-nə “Anksiyete” 14%-nə “əhval pozğunluğu” diaqnozu qoyulub. Nevroloji təsirlər daha çox "Covid-19" səbəbiylə xəstəxanaya yerləşdirilənlərdə qeydə alınarkən, "Covid-19"a yoluxan hər 50 nəfərdən birində, beynin qan damarlarının daralması və ya tıkanması nəticəsində qan axınının azalması səbəbindən “İnsult” müşahidə olunub.

Tədqiqatın nəticələri “Lancet Psixiatriya” tibb jurnalında dərc edilib.

 



Әlaqәli Xәbәrlәr