"turkishsouq.com" vasitəsilə dünya miqyasında alış-veriş edilə biləcək

Türkiyənin Poçt və Teleqraf Təşkilatı (PTT) ilə Qətərin əməkdaşlığı ilə qurulan "turkishsouq.com" vasitəsilə dünya miqyasında alış-veriş edilə biləcək.

1615922

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyə-Qətər E-Ticarət Əməkdaşlıq Layihəsi çərçivəsində Qətərin Poçt təşkilatının CEO-su Faleh Al Naemini qəbul edib.

Karaismailoğlu "PttAVM.com" un 2019-cu ildə "turkishsouq.com" uzantısı ilə qlobal miqyasda bir platformaya çevrildiyini bildirərək, "Bu platforma vasitəsilə 47 fərqli ölkəyə məhsul ixrac edildi. Elektron ixracat sahəsində təxminən 300 min məhsulumuz dünya bazarına çıxarıldı" deyib.

Al Naemi Qatar Poçtu ilə Türkiyənin Poçt İdarəsi və "PttAVM"nin əhəmiyyətli bir addım atdığını ifadə edərək, "Bu gündən etibarən bu platforma dünyadakı bütün insanların xidmətinə təqdim edildi. Təcrübəmizə başladıqdan sonra" "turkishsouq"dakı məhsulları tələb edən 50 ölkə var. Beynəlxalq səviyyədə marketinqə başladığımızda yer üzündəki bütün insanlar Türkiyənin məhsullarından istifadə edə biləcəklər" ifadəsini işlədib.

Әlaqәli Xәbәrlәr