"Sinovac": "CoronaVac" peyvəndi uşaqlarda daha təsirli və etibarlıdır

Çin şirkəti "Sinovac" yeni növ koronavirusa (Covid-19 qarşı) peyvənd "CoronaVac"ın 3 ilə 17 yaş arası uşaqlarda "təsirli və etibarlı" olduğunu açıqlayıb.

1606702

"Sinovac"ın tibbi direktoru Qıng Zınq mətbuat konfransında erkən və orta mərhələdəki klinik sınaqlarda 550-dən adamın qatıldığını qeyd edib.

Nəticələrə görə, vaksinin 3-17 yaş arasındakı uşaqlarda təsirli və etibarlı olduğunu bildirən Qıng vaksin sınaqları zamanı 3 və 6 yaşlarında iki uşağın qızdırmasının olduğunu, digər uşaqlarda isə yüngül simptomlar olduğunu qeyd edib. 

Çin də daxil olmaqla dünyada 70 milyondan çox "Sinovac" peyvəndi tətbiq edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin "Sinovac" peyvəndinin təcili istifadəsi üçün mart ayının sonuna qədər təsdiq veriləcəyini açıqlamışdı.

Әlaqәli Xәbәrlәr