ÜST Avropanın əksər hissəsində koronavirusa yoluxmada artım olduğunu açıqlayıb

Avropa regionunun əksər hissəsində, xüsusən də Mərkəzi və Şərqi Avropada yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

1595089

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe brifinqdə bildirib.

Onun sözlərinə görə, təkcə ötən həftə Avropada koronavirusa yoluxma halları 9 faiz artıb ki, bu da 1 milyondan çox şəxsin virusa yoluxması deməkdir.

Xəstəxana və tibb işçiləri üzərindəki yükün avropalı qonşu ölkələrin tibbi həmrəyliyi sayəsində azaldığını bildirən ÜST səlahiyyətlisi "Yenə də epidemiya ilə birlikdə keçən bir ilin üzərindəki prosesdən sonra səhiyyə sistemlərimiz bu şərtlərdə olmamalıdır" deyib. 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını "Covid-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib. Koronavirus dünya miqyasında indiyədək 2,5 milyondan çox insanın həyatına son qoyub. 

Әlaqәli Xәbәrlәr