Havalar isindikcə koronavirusun aktivliyi azalacaq

“MedicForum” saytının yazdığına görə...

1587711
Havalar isindikcə koronavirusun aktivliyi azalacaq

 

  Temperatur artdıqca "Covid-19"un aktivliyini azaldır.

  “MedicForum” saytının yazdığına görə, amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb və istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.

  “SARS-CoV-2” adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə tamamilə uyğun gəlir. Alimlər artıq nikbin proqnoz verirlər: yazda koronavirusun aktivliyi azalacaq, hətta, ola bilsin ki, tamamilə yox olsun.

  Tədqiqatçılar Şimal yarımkürənin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər. Bu, rəqəmlərdə belə görünür: ətrafdakı temperaturun 1 dərəcə artdığı təqdirdə virusun aktivliyi eyni dərəcədə azalır. Amma temperaturun bir dərəcə aşağı düşməsi isə, yoluxma sürətini təxminən 4 faiz artırır.



Әlaqәli Xәbәrlәr