Yerli istehsal olan “SAR 9” ABŞ-da mükafata layiq görüldü

Türkiyənin  istehsal etdiyi “SAR 9” adı ilə bilinən tapança  ikinci dəfə  ABŞ-da  mükafata layiq görülüb.

1582392
Yerli istehsal olan “SAR 9” ABŞ-da mükafata layiq görüldü

Sarsılmaz Anonim Şirketi (A.Ş.) tərəfindən Türk təhlükəsizlik qüvvələri və əsgərlərinin ehtiyaclarına uyğun olaraq hazırlanan “SAR 9” tapançasının yeni versiyaları ABŞ-ın “Tactical Retailer” jurnalının tapança kateqoriyasında “Oxucular Seçimi Qızıl Mükafatı”na layiq görülüb. “Oxucular Seçimi Qızıl Mükafatı”na layiq görülən “SAR 9”-u gümüş medal ilə “Sig Sauer”, bürünc medalla “Glock” izləyib.

Qeyd edək ki, “SAR 9”-un versiyası “SAR 9X” də ABŞ-da ən çox oxunan odlu silah jurnallarından “On Target”-in yanvar ayında təşkil etdiyi “Redaktorların Seçimi Mükafatı”nda “ilin ən yaxşı silahı 2020” mükafatını qazandı.

50 min dəfə atəş edilərək sınaqdan keçirilən “SAR 9” dözümlülüyünə əlavə olaraq, yüngüllüyü, hədəfindəki üstünlüyü və çətin iqlim şəraitində istifadə mümkünlüyünə görə də digərlərindən fərqləndirilir



Әlaqәli Xәbәrlәr