NASA: “Yer üzünə üç astreoid yaxınlaşır”

Yer kürəsi üçün “potensial təhlükə” yaradan 3 asteroidin yaxınlaşdığı bildirilir.

1550521
NASA: “Yer üzünə üç astreoid yaxınlaşır”

Amerika Birləşmiş Ştatları Aerokosmik Agentliyi NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) "potensial təhdid" olaraq təsnif etdiyi 3 asteroidin yaxınlaşdığını açıqlayıb.

CNEOS hesablamalarına görə, asteroidlər 25 dekabrda Yerə ən yaxın nöqtədə olacaq. Bunlardan ən böyüyü təxminən 200 metr diametrdədir və Yerdən təxminən 3 milyon kilometr məsafədə keçəcəkdir.

'501647' (2014 SD224) adı verilən asteroid son dəfə 2020-ci ilin yanvarında Yer kürəsinə yaxınlaşıb. Növbəti dəfə 2021-ci ilin dekabrında Yerin yanından keçəcək.

Qeyd edək ki, NASA, 0.05 astronomik vahid hüdudlarına düşən və ən az 140 metr diametrə sahib olan bütün kosmik obyektləri "potensial təhdid" kimi təsnif edir.

 

 



Әlaqәli Xәbәrlәr