Volkan Bozkır koronavirusa qarşı  peyvənd hazırlayan Türk alimləri dəvət edib

Volkan Bozkır alman biotexnoloji “BioNTech” firmasının  qurucuları Prof.Dr Uğur Şahin və Doktor Özlem Türecini  3-4 dekabr tarixlərində keçiriləcək zirvə yığıncağına dəvət edib.

1528855
Volkan Bozkır koronavirusa qarşı  peyvənd hazırlayan Türk alimləri dəvət edib

BMT Baş Məclisinin 75-ci Sessiyasının sədri Volkan Bozkır yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd hazırlayan alman biotexnoloji “BioNTech” firmasının qurucuları Prof.Dr Uğur Şahin və Doktor Özlem Türecini 3-4 dekabr tarixlərində keçiriləcək zirvə yığıncağına dəvət edib.
Volkan Bozkır "Twitter" hesabından Türk alimlər Şahin və Türeci ilə video konfrans vasitəsilə görüş keçirdiyini və bütün dünyaya ümid bəxş edən uğurları üçün onları "qəlbən təbrik etdiyini" bildirib.
Volkan Bozkır "3-4 dekabr tarixlərində rəhbərlik edəcəyim BMT Baş Məclisinin koronovirus infeksiyası ilə bağlı xüsusi sessiyasına natiq olaraq dəvətimi qəbul etdilər" deyə vurğulayıb.
Qeyd edək ki, "BioNTech" firmasının "Covid-19"a qarşı hazırladığı potensial peyvəndin virusa qarşı 90 faizdən çox təsirli olduğu açıqlanıb.



Әlaqәli Xәbәrlәr