Çinin iyul ayında səmaya buraxdığı “Tianwen-1” 15 milyon kilometr yol qət edib

Çinin Marsın araşdırılması məqsədilə iyul ayında səmaya buraxdığı “Tianwen-1” (“Səmaya suallar -1”) adlı ilk zondu planetimizdən 15 milyon kilometr kənara çıxıb.

1489563

Çinin Milli Kosmik Agentliyi keçən ay ilk uçuş yolu orbit düzəlişini keçən ay tamamlayıb. "Tianwen-1"-in yaxşı vəziyyətdə olduğu bildirilib.
Dünyadan 15 milyon kilometr uzaqlıqda olan "Tianwen-1"-in 2021-ci ilin fevralında Marsa enəcəyi gözlənilir.
"Tianwen-1" qırmızı planetə çatdıqda 470 milyon kilometri qət etmiş olacaq. 23 iyulda "Long Walk-5 raketi ilə buraxılan "Tianwen-1" kəşfiyyat vasitəsi bir peyk, eniş gəmisi və səyyar vasitədən ibarətdir.

Әlaqәli Xәbәrlәr