“Covid-19”a tutulan niyə iybilmə qabiliyyətini itirir?

Alimlər yeni tip korona virusunun (Covid-19) ən tanınan və erkən ortaya çıxan simptomlarından olan keçici qoxu itkisinin səbəbini aşkarlayıblar.

1464057
“Covid-19”a tutulan niyə iybilmə qabiliyyətini itirir?

 

  Alimlər yeni tip korona virusunun (Covid-19) ən tanınan və erkən ortaya çıxan simptomlarından olan keçici qoxu itkisinin səbəbini aşkarlayıblar.

  Amerika Birləşmiş Ştatları (ABŞ) Harvard Tibb Məktəbində aparılan bir araşdırma zamanı hansı qoxu hüceyrələrinin “Covid-19”a qarşı daha müdafiəsiz olduğunu təyin ediblər. Alimlər virusun iybilmə qabiliyyətini təsbit edib beyinə çatdıran neyronlara deyil, bu neyronları dəstəkləyən hüceyrələrə hücum etdiyi fikrindədir.

  Sandip Robert Datta tam nəticə əldə etmək və təməl mexanizmləri anlamaq üçün daha çox məlumata ehtiyac duyulduğunu deyib.

  Qeyd edək ki, “Covid-19” xəstələrinin əksəriyyəti “anosmia” kimi bilinən iybilmə itkisi yaşayır.



Әlaqәli Xәbәrlәr