Yer kürəsinə bənzəyən planetlərdə vulkanik fəaliyyət ehtimalı

Yer kürəsinə ən çox bənzəyən planetləri araşdıran astronomlar hamısında vulkanik fəaliyyət ehtimalının olduğunu təsbit ediblər

1441655
Yer kürəsinə bənzəyən planetlərdə vulkanik fəaliyyət ehtimalı

 

  Yer kürəsinə ən çox bənzəyən planetləri araşdıran astronomlar hamısında vulkanik fəaliyyət ehtimalının olduğunu təsbit ediblər.

  Amerika Birləşmiş Ştatları Havaçılıq və Kosmos Agentliyi – NASA-nın Goddard Kosmik Uçuş Mərkəzi ilə Planet Elmi İnstitutu və İdaho Universiteti alimləri 53 kənar planetin geoloji baxımdan nə qədər aktiv olub-olmaması ilə modelləşdirmə tədqiqatının ayrıntılarını "Publications of the Astronomical Society of the Pacific" jurnalında yayınlayıblar.

  Astronomlar kütlələri Yer kürəsindən ən çox 8, radiusları isə 2 dəfə artıq olan bu planetlərdə istiliklərini hesablayıblar. Bütün bu planetlərdə vulkanlar və ya hidrotermal qaynaqlar kimi geoloji xüsusiyyətlərü özündə əks etdirən və kifayət qədər enerjiyə malik olduğunu ortaya çıxıb. Bundan başqa, kənar planetlərin dörddə birinin buzlu səthlərinin altında okeanların olma ehtimalı söylənilib. Alimlər onu da bildirib ki, bu kənar planetlərdən bəziləri Jüpiterin Avropası (Europa), Saturnun Enseladı (Enceladus) kimi buzla örtülü peyklərə malik ola bilər.



Әlaqәli Xәbәrlәr