Yaponiya kosmik raketi qəzaya uğradı

Yaponiya KİV-ləri xəbər verir ki...

1435461
Yaponiya kosmik raketi qəzaya uğradı

 

  İyunun 14-də Yaponiyanın “İnterstellar Technologies” şirkəti tərəfindən kosmosa buraxılan raket qəzaya uğrayıb.

  Azertac informasiya agentliyi Yaponiya KİV-lərinə istinadən xəbər verir ki, Hokkaydo prefekturasında yerləşən şirkət mini raketi yerli vaxtla səhər saat 05:15 dəqiqədə Tayki şəhərindəki ərazisindən buraxıb. Raketin mühərriki startdan təqribən bir dəqiqə sonra qəzaya görə dayanıb və raket dənizə düşüb.

  İlkin təhlilə görə, raketin təqribən 11 kilometr yüksəkliyə qalxdığı bildirilir. Raketin uçuşunu əks etdirən kadrlarda onun dənizə tərəf əyildiyi aydın görünür.

  “Momo-5” adlanan raketin hündürlüyü 10 metr, diametri 50 santimetrdir. Bu ölçülər ötən ilin iyulunda buraxılan dördüncü raketlə eynidir.

  Cari ilin yanvarında Şirkət “Momo-5”-in buraxılışını raketin kommunikasiya sistemində olan problemlərə görə təxirə salıb. Bundan sonra həmin çatışmazlıqların aradan qaldırılması üzərində iş aparılıb.

  Qeyd edək ki, bu, “Momo” raketinin sayca beşinci buraxılışı idi. Yalnız ötən ilin mayında buraxılan üçüncü raket qarşıya qoyulan məqsədi həyata keçirərək 100 kilometr hündürlüyə qalxıb.

 



Әlaqәli Xәbәrlәr