Mustafa Varank: "İlk nümunə iyunda tamamlanacaq"

Sənaye və texnologiya naziri Mustafa Varank dünyaya nümunə olacaq bir innovativ dəstin hazırlandığını və ilk nümunənin iyunda tamamlanacağını açıqlayıb.

1416639
Mustafa Varank: "İlk nümunə iyunda tamamlanacaq"

Sənaye və texnologiya naziri Mustafa Varank yeni növ koronavirusu (Covid-19) erkən mərhələdə aşkarlayacaq və dünyaya nümunə olacaq bir innovativ dəstin hazırlandığını və ilk nümunənin iyunda tamamlanacağını açıqlayıb.
Mustafa Varank bu barədə "Türkiyə "Covid-19" Platforması" tərəfindən təşkil edilən "Türkiyənin Diaqnostik Gücü Virtual Konfransı" nda deyib.
Virus ölkəyə yoluxmadan əvvəl peyvənd və dərman hazırlama üzərində işə başladıqlarını xatırladan nazir Varank "Ölkəmizin ən səlahiyyətli akademikləri ilə bir araya gəldik, yol xəritəmizi birlikdə  hazırladıq. Hazırda 17 layihə müvəffəqiyyətlə davam edir. Aralarında 8 peyvənd layihəmiz var; ilin sonunda klinikadan əvvəlki proseslərin tamamlanmasını gözləyirik" deyib.
Nazir Varank dərman sənayesində həm kimya, həm də biotexnologiyaya istiqamətlənən 9 fərqli layihənin davam etdiyini bildirərək, "İyun ayında bu layihələrdən birində daxili qaynaqlarla sintez dərman sahəsində əhəmiyyətli bir xəbərimiz olacaq" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr