Yeni bir planet kəşf edildi

Alimlər yerdən 330 işıq ilində olan və gənc bir ulduzun ətrafında fırlanan "körpə planet" kəşf etdilər.

1358997
Yeni bir planet kəşf edildi

CNN-in məlumata görə Chameleon bürcünün yaxınlığında yerləşən və çox kiçik olan planet "2MASS 1155-7919 b" adlandırılıb.

Bildirilib ki, Rochester Texnologiya İnstitutunda çalışan alimlər planeti Avropa Kosmik Agentliyinin (ESA) süni peyki "Qaia"-dan əldə edilən məlumatlar işığında kəşf ediblər.

Günəşdən çox gənc olan 5 milyon illik bir ulduzun orbitini əhatə edən planet haqqında təfərrüatlar "Amerika Astronomik Cəmiyyətinin Tədqiqat Qeydləri" jurnalında dərc edilmişdir.

Tədqiqat heyətinin rəhbəri Annie Dickson-Vanderveldein sözlərinə görə Kəşf edilən planat Yupiterdən 10 dəfə böyükdür.



Әlaqәli Xәbәrlәr