Dünyanın ilk üzən nüvə stansiyası şəbəkəyə bağlandı

Rusiya Atom Enerjisi Təşkilatı “Rosatom”dan verilən məlumata görə...

1327131
Dünyanın ilk üzən nüvə stansiyası şəbəkəyə bağlandı

 

  Dünyanın ilk üzən “Akademik Lomonosov” nüvə stansiyası (NGS) şəbəkəyə bağlanaraq ilkin elektrik istehsalına başladı.

  Rusiya Atom Enerjisi Təşkilatı “Rosatom”dan verilən məlumata görə, ilk nümunə olan üzən nüvə stansiyası (NGS) "Akademik Lomonosov" Rusiyanın şimalındakı Pevek şəhərinə elektrik təmin etmək üçün şəbəkəyə bağlanıb.

  Üzən stansiyanın yüksək gərginlik şəbəkəsinə bağlanaraq elektrik verməyə başlaması üçün generatorları qurudakı lazımi təsisat və sahildəki şəbəkəyə quraşdırılıb.

  Sözügedən mövzu ilə bağlı “Rosatom”un baş direktoru Aleksey Luqaçev deyib:

  “Bu layihə Pevek şəhərini bölgənin enerji paytaxtı etmək üçün atılmış əhəmiyyətli bir addımdır.

  "Akademik Lomonosov” şəbəkəyə bağlandıqdan sonra SMR (kiçik rejimlər reaktoru) sinifli texnologiyaya söykənməklə elektrik istehsal edən dünyanın ilk nüvə stansiyası oldu. Bu, həm Rusiya, həm də qlobal nüvə enerji sənayesi üçün fövqəladə bir dönüş nöqtəsidir.

  Uzunluğu 114, genişliyi 30 metr olan üzən stansiya hər biri 35 meqavat həcmli iki reaktordan ibarətdir.

  Təxminən 100 min nəfərlik bir şəhərin elektrik ehtiyacını qarşılaya biləcək həcmə malik “Akademik Lomonosov” stansiyası buzqırıcılarda istifadə edilən sistemə bənzər “KLC-40C” reaktor sistemiylə təchiz edilib.

  Üzən stansiyanın Pevekin istilik şəbəkəsinə bağlanma işləri tam olaraq 2020-ci ildə bitəcək.”



Әlaqәli Xәbәrlәr