Türkiyə 2020-ci ilin yayında kosmosa raket göndərəcək

Türkiyə Müdafiə Sənayesi Nazirliyi bünyəsində qurulan “Delta V” Kosmos Texnologiyaları İdarəsinin baş direktoru Arif Karabeyoğlu Türkiyənin 2020-ci ilin yayında kosmosa çıxacağını açıqladı...

1324295
Türkiyə 2020-ci ilin yayında kosmosa raket göndərəcək
deltay uzay Arif Karabeyoglu.jpg

 

  Türkiyə Müdafiə Sənayesi Nazirliyi bünyəsində qurulan “Delta V” Kosmos Texnologiyaları İdarəsinin baş direktoru Arif Karabeyoğlu Türkiyənin 2020-ci ilin yayında kosmosa çıxacağını açıqladı.

  Hibrit Kosmos Raket Mühərriki İnkişafetdirmə (HURM) layihəsi ilə bağlı Anadolu Agentliyinə (AA) etdiyi şərhdə A.Karabeyoğlu bildirib:

  “Çox özəl bir raket mühərrikini inkişaf etdirdik. Bu raket mühərriki həm daha təhlükəsiz, həm də xərci daha azdır. Kosmosa çıxmaq üçün bu ana qədər 11 sınaq həyata keçirilib.  

  Bu yay kosmosa çıxacaq raketin ilk testini edəcəyik.

  Raket mühərriki mövzusunda artıq Türkiyə də söz sahibi olan bir ölkədir və bu layihəni icraya hazırlaşırıq.

  Bizim texnologiyamızın əsas xüsusiyyəti digərlərinə görə sadə, ucuz, həm də təhlükəsiz olmasıdır.

  Türkiyə bu texnologiyasına güvənərək kosmosa daxilolma müraciətini edəcək."



Әlaqәli Xәbәrlәr