Prof. Dr. Ayşe Nurdagül Akın BMT-nin mükafatı ilə teltif edildi

Akın, riskli və ya istənməyən hamiləliyin qarşısının alınması, reproduktiv sağlamlıq və qadın güclənməsi sahəsindəki araşdırmalarına görə mükafatlandırıldı.

1306359
Prof. Dr. Ayşe Nurdagül Akın BMT-nin mükafatı ilə teltif edildi

Başkent Universiteti Xalq Sağlamlığı Bölümü Müəllim Prof. Dr. Ayşe Nurdagül Akın, riskli və ya istənməyən hamiləliyin qarşısının alınması, reproduktiv sağlamlıq və qadın güclənməsi sahəsindəki araşdırmalarına görə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən mükafatlandırıldı.

1994-cü ildə Misir, Qahirədə Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkil etdiyi Beynəlxalq Əhali və İnkişaf Konfransında (ICPD) iştirak edən Dr. Akın, 1994-cü ildən bəri beynəlxalq “əhali və inkişaf” sahəsindəki elmi araşdırmaları və buna  verdiyi töhfələrə görə mükafat ilə teltif edildi.

Keniya və Danimarka hökumətlərinin ev sahibliyi və UNFPA ilə əməkdaşlıq çərçivəsində təşkil edilən Beynəlxalq Əhali və İnkişaf Konfransı (ICPD) nin 25-ci ildönümündə Nairobi Zirvə Toplantısının ikinci günündə, Butan Kraliçası Kraliça Sangay Choden Wangchuck, UNFPA-nın icraçı direktoru Natalia Kanem, UNFPA Şərqi Avropa və Orta Asiya Region direktoru Alanna Armitage, UNFPA Türkiyə nümayəndəsi Karl Kulessa və bir çox ölkədən hökumət rəsmiləri, alimlər və fəallar iştirak etdi.

Dr Akın Mərasimdəki çıxışında 25 il əvvəl Qahirədəki ICPD toplantısına hələ gənc bir qadın olduqda iştirak etdiyini  xatırladaraq qadınların həyat və hüquqlarının yaxşılaşdırılması səylərinə töhfə verməkdən şərəf duyduğunu, mükafata layiq görülmənin qürurunu yaşadığını bildirib.



Әlaqәli Xәbәrlәr