TİKA Pakistanın ən böyük xəstəxanasında son texnologiya ultrasəs bölməsi qurdu

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Pakistanın ən böyük xəstəxanasında son texnologiya ultrasəs bölməsi quruldu.

1305712
TİKA Pakistanın ən böyük xəstəxanasında son texnologiya ultrasəs bölməsi qurdu

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Pakistanın ən böyük xəstəxanasında son texnologiya ultrasəs bölməsi quruldu.

Karaçi şəhərindəki Cinnah Tibb Mərkəzində qurulan və rəngli doppler texnologiyasına sahib 5 ultrasəs cihazından ibarət bölmənin açılışında mədəniyyət və turizm nazirinin müşaviri Kamil Kolabaş ilə TİKA Karaçi koordinatörü İbrahim Katırcı iştirak etdi.

Kolabaş mərasimdə etdiyi çıxışda bu bölmənin Türkiyə xalqının Pakistana hədiyyəsi olduğunu bildirərək, “Trükiyə xalqı və hökuməti Pakistanın  səhiyyə xidmətlərini inkişaf etdirmə cəhdlərinə dəstəyini davam etdirəcəkdir” ifadələrini işlətdi.

Katırcı da bölmənin ödənişsiz xidmət göstərəcəğinə diqqət çəkərək “Bu bölmənin məqsədi sadəcə xəstəxananın hacmini fəaliyyətlərini artırmaq deyil, eyni zamanda xəstələri maddi yükdən xilas etməkdir” deyə bildirdi.

Cinnah Tibb Mərkəzinin Rodiologiya bölməsinin sədri Tarık Mahmud yeni qurulan bölmənin xəstəxanadakı mövcud ultrasəs bölməsinin iş həcmini 750-yə çıxaracağını söyləyərək, TİKA-ya təşəkkür etdi.

TİKA Sindh əyalətində 9 məktəbi enerjilə təmin edəcək günəş enerjisi sistemini də qurdu.



Әlaqәli Xәbәrlәr