“Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib
Bu barədə “Roskomos”un məlumatında qeyd olunub.
Sentyabrın 25-də Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilən və göyərtəsində ilk ərəb astronavtın da olduğu “Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.
Bu barədə “Roskomos”un məlumatında qeyd olunub.
Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk astronavtı Həzaa əl-Mənsuri ilə yanaşı, kosmik gəminin ekipajına rusiyalı kosmonavt Oleq Skripoçka və NASA-nın astronavtı Cessika Meir də daxildir.
Beynəlxalq Kosmos Stansiyasında rusiyalı kosmonavt Aleksandr Skvortsov, amerikalı astronavt Endryu R. Morqan və Avropa Kosmik Agentliyinin astronavtı italiyalı Luka Parmitano var.
NASA, ROSCOSMOS, ESA, Kanada Kosmik Agentliyi CSA və Yaponiyanın Kosmos Araşdırma Agentliyi JAXA-nın birgə istifadə etdiyi Beynəlxalq Kosmik Stansiyasında elmi təcrübələr və kosmik tədqiqatlar aparılır..
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb