Vegetarian və veganların iflic olma riski daha yüksəkdir

Vegetarian və veganların iflic olma riski ət yeyənlərə nisbətən daha yüksəkdir.

1264277
Vegetarian və veganların iflic olma riski daha yüksəkdir

Vegetarian və veganların iflic olma riski ət yeyənlərə nisbətən daha yüksəkdir.

 Bu nəticə İngiltərədə Oksford Universitetində aparılan tədqiqat işinə aiddir.
 

 Əsas olaraq da, vitamin çatışmazlığı göstərilir.
 
 Bir tərəfdə heyvan ətinin istifadə edilmədiyi vegetarian qidalanma, digər tərəfdə heyvan mənşəli məhsulları da rədd edən veqan qidalanma.
 
 Son vaxtlar haqqında tez-tez bəhs edilən bu qidalanma tərzləri elm adamlarının da diqqət mərkəzindədir.
 
 Oksford Universitetində aparılan tədqiqat işinin nəticələrinə görə, qidalanmada tərəvəzə  üstünlük verənlərdə ürək çatışmazlığı  riski daha aşağıdır.
 
Lakin vegetarian və veganların iflic olma riskləri ət yeyənlərə nisbətən daha yüksəkdir.
 
Tədqiqatda ürək çatışmazlığı və iflic keçmişi olmayan 48 mindən çox yetkin sınanılanın qidalanma vərdişləri 1993-ci ildən bu yana fasilələrlə təqib edildi.
 
Vegetarianların qırmızı ət yeyənlərə nisbətən 22 faiz daha az ürək xəstəliklərinə yaxalandıqları müəyyən olundu.
 
Lakin 20 faiz  daha çox iflic olduqları da ortaya çıxdı.
 
Mütəxəssislərə görə, iflic riskinin yüksək olması B12 və D vitaminlərinin çatışmazlığından irəli gəlir.
 
Amma qəti söz demək üçün hələ çox tezdir.
 
 Çünki tədqiqat işi hələ sona çatmayıb və fərqli coğrafiyalarda necə bir nəticə əldə ediləcəyi məlum deyil.



Әlaqәli Xәbәrlәr