"Fyodor" kosmosa çata bilmədi

İnsan-robotu daşıyan Rusiya kosmos gəmisi Beynəlxalq Kosmos Stansiyasına (İnternational Space Station – İSS) bağlana bilmədi.

1257985
"Fyodor" kosmosa çata bilmədi

  İnsan-robotu daşıyan Rusiya kosmos gəmisi Beynəlxalq Kosmos Stansiyasına (İnternational Space Station – İSS) bağlana bilmədi.

  Rusiya Federal Kosmos Agentliyindən (ROSCOSMOS) verilən məlumata görə, təcrübə, qida, dərman və ehtiyac materialları ilə yanaşı, "Skybot F-850" model insan-robotu da daşıyan “Soyuz” kosmik gəmisinin İSS-ə bağlana bilməmə səbəbi sistemdən qaynaqlanıb.

  ROSCOSMOS-un baş direktoru Dmitri Roqozin bildirib ki, kosmik gəminin Beynəlxalq Kosmos Stansiyasına təkrar bağlanması planlaşdırılır.

  Kosmosda insanlar üçün gedişi təhlükəli ola biləcək vəzifələri icra etmək üçün hazırlanan və "Fyodor" adı verilən insan-robot 22 avqustda Qazaxıstanın Baykonur Kosmos Mərkəzindən kosmosa buraxılmışdı.



Әlaqәli Xәbәrlәr