Türkiyə Beynəlxalq Mülki Aviasiya Təşkilatının sertifakatını qazandı

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Türkiyəyə aviasiya təhlükəsizliyində göstərdiyi müvəffəqiyyətə görə "Beynəlxalq Mülki Aviasiya Təşkilatının Rəhbərlik Şurası Aviasiya Təhlükəsizliyi Sertifikatı" verildi.

1243169

 Mülki Aviasiya Baş İdarənin (MABİ) internet saytında yer alan məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyən vaxtlarda üzv dövlətlərə qarşı reydlər həyata keçirir.

 Təhlükəsizlik sahəsindəki uğurları təşviq etmək məqsədilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının, "Aviasiya Təhlükəsizliyi Nəzarət Sistemi Həlledici Amilləri Fəal Tətbiqi" nisbətlərini əhəmiyyətli dərəcədə gücləndirən ölkələrə 2015-ci ildən "Şura Sədri Aviasiya Təhlükəsizliyi Sertifikatı" verir.

Bu çərçivədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının həmin reydlərdəki uğur səviyyələrini əsas götürərək apardığı qiymətləndirməyə görə, Türkiyə "Aviasiya Təhlükəsizliyi Nəzarət Sistemi Həlledici Amilləri Fəal Tətbiqi" müvəffəqiyyət səviyyəsini 93,15-ə çıxararaq, sertifikat almaq hüququ əldə etdi.

 Sözügedən sertifikatı almaq üçün fəal tətbiqi uğur nisbətində ən azı 15 faiz artım qeyd edilməsi və Qlobal Aviasiya Təhlükəsizliyi Planında əsas götürülən minimum 65 faizlik fəal tətbiqi uğuru əldə etməsi lazımdır. Həmçinin üzv ölkə haqqında Ciddi Təhlükəsizlik Qorxusu xəbərdarlığı olmaması, operativ fəal tətbiq etmədən yenə 65-in üzərində bir uğura sahib olması şərti qoşulur.

Әlaqәli Xәbәrlәr