Xəzər Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq qurdu

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli və şair-yazar İmdat Avşar Kapadokya Universitetində olublar.

1164054

Rektor Hasan Ali Karasar Türkiyənin tarixi bölgəsi olan Kapadokya və universitet haqqında məlumat verib. O, qonaqları universitetin laboratoriyaları, muzey içində yerləşən sinifləri və kitabxanası ilə tanış edib. H.Karasar Kapadokya Universiteti adından M.Ə.Rəsulzadənin 1930-cu ildə Parisdə rus dilində çap olunmuş “Panturanizm” haqqında kitabını H.İsaxanlıya təqdim edib.

H.İsaxanlı səmimi qəbul üçün Kapadokya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib və Xəzər Universiteti haqqında məlumat verib.

Sonra hər iki universitet arasında rəsmi müqavilə imzalanıb.

Әlaqәli Xәbәrlәr