Çinin "Çane-4" kosmik aparatı bəşəriyyət tarixində ilk dəfə Ayın əks tərəfinə endi

Çinin GGTN telekanalı "Çane-4" zondu vasitəsilə Ayın əks tərəfindən çəkilmiş ilk şəkli də nümayiş etdirib.

1118732
Çinin "Çane-4" kosmik aparatı bəşəriyyət tarixində ilk dəfə Ayın əks tərəfinə endi
chang'e-4.jpg

Çinin "Çane-4" kosmik aparatı bəşəriyyət tarixində ilk dəfə Ayın əks tərəfinə endi.

Bu barədə məlumatı Çinin "Sinhua" agentliyinin "Twitter" səhifəsi verdi.

Çin televiziyasının məlumatına görə, aparat Çin vaxtı ilə 10:26-da (Bakı vaxtı ilə 06:26) Aya eniş edib.

Çinin GGTN telekanalı "Çane-4" zondu vasitəsilə Ayın əks tərəfindən çəkilmiş ilk şəkli də nümayiş etdirib.

Çin noyabr ayında da Ayın qaranlıq tərəfinin şəklini çəkmiş və şəkilləri dünyaya çatdırmışdı. 

"Çane-3" pilotsuz kosmik aparatını da Aya 2013-cü ildə göndərən Çin növbədəki pilotsuz kosmik aparatı "Çane-5"i də bu il Aya göndərməyi planlaşdırır. 



Әlaqәli Xәbәrlәr