Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiq etdi

Sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb.

1104901
Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiq etdi

 Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycanın Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu təsdiq etdi.

Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığı davam etdirməkdir.

Qeyd edək ki, sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb.



Әlaqәli Xәbәrlәr