Pyotr Poroşenko İstanbul Universitetinin fəxri doktoru oldu

Ukrayna prezidenti Pyotr Poroşenkoya İstanbul Universitetinin fəxri doktoru adı verildi.

1081147
Pyotr Poroşenko İstanbul Universitetinin fəxri doktoru oldu


Ukrayna prezidenti Pyotr Poroşenkoya İstanbul Universitetinin fəxri doktoru adı verildi.
 
 İstanbul Universitetinin rektorluq binasının doktorantura zalında keçirilən mərasimdə çıxış edən Poroşenko bu universitetin tarixinin 1453-ci ildən başladığını qeyd edərək: "İstanbul Universiteti Türkiyənin ən qədim təhsil ocağı olmaqla yanaşı, Türkiyə və dünyanın siyasət, biznes və elm sahələrində ən görkəmli insanlarının yetişdirildiyi bir qurumdur. Belə bir təhsil ocağından fəxri doktor adını almaq mənim üçün ayrı bir şərəfdir. Türkiyə mənim üçün son dərəcə əhəmiyyətli bir ölkədir" ifadələrini işlətdi.
 
 Ukraynalı tələbələrin İstanbul Universitetində bakalavr, magistr və doktor səviyyəsində təhsil aldığını ifadə edən Poroşenko təhsil və informasiya bölgüsünün çox əhəmiyyətli bir məsələ olduğunu və İstanbul Universitetinin bunu çox gözəl bir şəkildə əks etdirdiyini söylədi.
 
 Poroşenko İstanbul Universitetində açılan Ukrayna Dili və Ədəbiyyatı bölümündə oxumağa başlayan tələbə sayının getdikcə artdığını söylədi.



Әlaqәli Xәbәrlәr