Buzlaqdan 5 şəhər böyüklüyündə parça qopdu

“Live Science”in xəbərinə görə...

1079179
Buzlaqdan 5 şəhər böyüklüyündə parça qopdu

  Antarktidada Payn (Pine) adası buzlağından 300 kvadrat kilometr böyüklüyündə bir parça qopdu.

  “Live Science”in xəbərinə görə, oktyabrın əvvəlində peyk görüntülərində Payn adasındakı buzlaqda çat olduğu, 29 oktyabrda isə onun qopduğu müəyyən edilib.

  Nyu-Yorkun ticarət və mədəniyyət mərkəzi Manhatdan 5 dəfə böyük olan, 300 kvadrat kilometrlik buzlaq parçası gün ərzində bir neçə kiçik hissəyə bölünüb.

  Hollandiyanın Delft Texnologiya Universitetinin Geologiya və Uzaqdan Qavrama fakültəsinin dosenti Stef Lermittenin (Stef Lhermitte) sözlərinə görə, “Buzlaqdan qopmanın həftələr və ya aylar sürməsi təxmin edilirdi. Oktyabr ayın başında bilinən çatla buzlaqdan parçanın bu qədər tez ayrılması heyrətamiz oldu”.



Әlaqәli Xәbәrlәr