Nobel mükafatını satan alim dünyasını dəyişdi

Səhiyyə xərclərini ödəmək üçün Nobel mükafatını satan amerikalı fizika alimi Leon Lederman 96 yaşında vəfat etdi.

1063482
Nobel mükafatını satan alim dünyasını dəyişdi

  Səhiyyə xərclərini ödəmək üçün Nobel mükafatını satan amerikalı fizik Leon Lederman 96 yaşında vəfat etdi.

  Onun 37 illik həyat yoldaşı Ellen Karr (Carr) Lederman verdiyi açıqlamada alimin İdaho ştatının Rexburg şəhərindəki “Qocalar Evi”ndə iki gün əvvəl həyatını itirdiyini bildirib.

  Leon Lederman 1988-ci ildə "myuon neytrino" adı verilən atomaltı hissəciklərin kəşfində oynadığı rola görə Nobel Fizika Mükafatını almışdı. Mükafatını digər iki alimlə bölüşən L.Lederman mükafatdan payına düşən pulla kiçik bir ev almışdı.

  2015-ci ildə Leon Lederman Nobel mükafatını sağlıq xərclərini ödəmək üçün hərraca çıxarmış, 765 min dollara alıcını taparaq satmışdı.



Әlaqәli Xәbәrlәr