Ən ölümcül yoluxucu xəstəlik hansıdır?

Dünya Səhiyyə Təşkilatı bu xəstəliyə qarşı təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb.

1054424
Ən ölümcül yoluxucu xəstəlik hansıdır?

Ən ölümcül yoluxucu xəstəliyin vərəm olduğu açıqlandı.

 Dünya Səhiyyə Təşkilatı xəstəliyə qarşı təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb.

 Təşkilata məxsus internet saytında yazılan hesabata görə, vərəmin yayılmasının qarşısını almaq üçün qlobal səylərə baxmayaraq, təkcə 2017-ci ildə 10 milyon insan vərəm oldu ki, bunlardan 1,6 milyonu dünyadan köçüb.

  Birgə səylər nəticəsində vərəmdən 2000-ci ildən bəri 54 milyon insanın həyatı qurtarılaraq 2 faiz azaldılmış olub.

  Ancaq vərəm xəstəliyi AİDS-i geridə buraxaraq bütün infeksiyalar arasında ən təhlükəli olmağa davam edir.

  Dünya Səhiyyə Təşkilatı qeyd edir ki, aşağı və orta gəlirli ölkələr təkcə 2018-ci il üçün vərəmin qarşısının alınması və müalicəsinə görə 3,5 milyon dollara ehtiyac duyulduğunu, müvafiq tədbirlər görülməzsə, 2022-ci ilə qədər bu rəqəmin iki qat ola bilər.

 Təşkilatdan onu da bildirib ki, Rusiyada vərəmə qarşı mübarizənin fəallaşması sayəsində xəstəlik sayı 5, ölüm isə 13 faiz azalıb.

  Mütəxəssislərinin qənaətinə görə, əsas problem “inadlı vərəm” sayının getdikcə artmasıdır. Bu xəstələr vərəm müalicəsində əsas dərman olan “Rifampisin”ə belə cavab vermir.

 Hesabatda həmçinin hər 4 nəfərdən birinin potensial vərəm infeksiyası daşıyıcı olduğu xəbərdarlığı edilir.



Әlaqәli Xәbәrlәr