Türk alimlər süni insan dərisi hazırlayıblar

İstanbul Sağlamlıq Elmləri Universiteti alimləri  süni insan dərisi hazırlamağı nəzərdə tutan layihə həyata keçiriblər

1027432
Türk alimlər süni insan dərisi hazırlayıblar

Universitetin müəllimlərindən Dosent Doktor Ərkan Türkər Boran, Doktor Aydın Tahmasebifar və Doktor Bengi Yılmaz  tərəfindən süni insan dərisi  hazırlamaq üçün  aparılan   araştırmalara  Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı  güclü  dəstək  verir.

Türk alimlir,  yerli səhiyyə proqramları, peyvənd işləri, dərman istehsalı,  sağlamlık  məsələləri,   müşavirə  xidmətləri və bio-tibbi mühəndislik xidmətləri, toxuma istehsalı işləri çərçivəsində məhsul və material əldə    etmək  üçün  əhəmiyyətli  işlər  aparırlar.  Bu  araşdırmalar  həm ölkə iqtisadiyyatına   töhfə  verəcək    həm də öz dərmanını, peyvəndini istehsal  edə  bilən, öz süni toxumasını, öz tibbi texnologiyalarını çıxara bilən  mövqeyə  qovuşmasını   sürətləndirəcək.   

Layihəyə   başçılıq  edən  Dosent Doktor Ərkan Türkər Borana  görə  fərqli  laylardan ibarət olan dəri, yanıq, cərrahi müdaxilələr, genetik problemlər kimi zədələr nəticəsində əsl funksiyalarını  itirərək ölümə  belə  səbəb  ola  bilir. Bu  da  süni dəri  istehsalını  zəruri hala gətirir. O   vurğulayıb  ki,    bu  məqsədlə   süni  dəri  hazırlama layihəni   həyata  keçirməyə   başladıq  və  araşdırmalarımızı  qıssa  müddətdə   yekunlaşdıracayıq.



Әlaqәli Xәbәrlәr