Facebookdan daha bir yeni addım

Sosial şəbəkə Facebook  istifadəsinin  qadağan  olduğu  Çində   İnternet və texnologiya sahəsində yeni fikir və təşəbbüsləri dəstəkləmək üçün "innovasiya mərkəzi"  yaradır.

1019212
Facebookdan daha bir yeni addım

Facebook şirkətindən  yayılan   məlumatda, Cıcıanq əyalətində  yaradılacaq  mərkəz  "Çinli proqramçılara, ixtiraçılara və yeni təşəbbüskarlara dəstək   təmin edəcək. Yaradılacaq   mərkəz,  daha  əvvəl,  Fransa, Braziliya, Hindistan və Cənubi Koreyada  yaradılmış  "inkübasyon mərkəzlərinə" oxşar xüsusiyyətə  sahib  olacaq.

Facebookun Honkonqdakı şirkəti yanında yaradılacaq  mərkəz,  Çinli internet qrupu Alibabanın mərkəzinin də iştirak etdiyi  Hanqcou şəhərində olacaq. Mərkəz  üçün  30 milyon  dollar  xərclənəcək.

Qeyd   edək  ki,  Çin,  Facebookun innovasiya inkubator  mərkəzləri  olan  ölkələr  arasında  sosial şəbəkə  istifadəsi  qadağan olan yeganə  ölkədir.



Әlaqәli Xәbәrlәr