Xərçəngin yayılmasında kritik əhəmiyyətə malik 11 gen müəyyən edildi

Xərçəngin yayılmasında açar əhəmiyyətə malik 11gen müəyyən edildi.

997624
Xərçəngin yayılmasında kritik əhəmiyyətə malik 11 gen müəyyən edildi

Xərçəngin yayılmasında açar əhəmiyyətə malik 11 gen müəyyən edildi.
 
 Nəticələri "Nature Communications" jurnalında dərc olunan tədqiqat işi yeni aşkar edilən hədəf genlərə ket vurmağın, xərçəngin canlı hüceyrələrdəki metastazına mane olduğunu göstərdi.
 
 Kanadada Alberta Universitetinin alimləri tərəfindən həyata keçirilən tədqiqat zamanı xərçəng hüceyrələrinin gyayılması və böyüməsini canlandıran əvəzsiz bir platformdan istifadə edildi.
 
 Elm adamları bu platformada xərçəng hüceyrələrinə kiçik RNT daşıyıcılarını yeritmək üçün hüceyrələrdə müəyyən genlərə bağlanan və bunların fəaliyyətini dayandıran molekulyar bir vasitədən istifadə etdilər.
 
 Daha sonra bu xərçəng hüceyrələri embrionlara yerləşdirildi və xərçəng salxımları yaradıb təşkil etmədikləri müşahidə olundu.
 
 Araşdırma qrupunun rəhbəri Konstantin Stoletov: "Metastaza" gedən addımlar mənasını verən intensiv (xərçəng) kolonların qarşısının alındığını kəşf etdik" dedi.
 
 Alberta Xərçəng Fondundan John Lewis  tədqiqatda aşkar edilən 11 genin xərçəng hüceyrələrinin yayılmasında mühüm rol oynadığını söylədi.
 
Tədqiqatçılar bundan sonrakı mərhələdə metastazla əlaqəli genlərin və xərçəngin yayılmasını qarşısını almaq üçün hədəf dərman kimi genetik məhsullar üzərində tədqiqat aparmağı planlaşdırırlar.



Әlaqәli Xәbәrlәr