"Instagram"dan daha bir yenilik: "IGTV" tətbiqetməsi

"Instagram" sosial şəbəkəsi uzun videolar üçün "IGTV" adlı yeni tətbiqetməni təqdim edib.

996766
"Instagram"dan daha bir yenilik: "IGTV" tətbiqetməsi

Şirkətdən yayılan məlumata görə, tətbiqetmə istifadəçilərə uzun videoları yükləmək imkanı verəcək. "IGTV" "Instagram" tətbiqetməsində də bölmə kimi mövcud olacaq. "IGTV" Android və İOS əməliyyat sistemlərini dəstəkləyəcək.

Tətbiqetməni bəyanətla elan edən şirkət həmçinin bildirib ki, "Instagram" istifadəçilərinin sayı 1 milyarda çatıb.

 



Әlaqәli Xәbәrlәr