Yüksək D vitamini  qadınlarda xərçəng xəstəliyi riskini azaldır

12 min nəfərdə aparılan araşdırmaya görə, yüksək D vitamini səviyyəsi xüsusilə qadınlarda qalın bağırsaq xərçəngi riskini azaldır.

994312
Yüksək D vitamini  qadınlarda xərçəng xəstəliyi riskini azaldır

12 min nəfərdə aparılan araşdırmaya görə, yüksək D vitamini səviyyəsi xüsusilə qadınlarda qalın bağırsaq xərçəngi riskini azaldır.

D vitamini səviyyəsi yüksək olan insanların qalın bağırsaq xərçənginə tutulma nisbətinin daha aşağı olduğu müəyyənləşdirilib.

Elm xəbərlərinin dərc olunduğu “Sienceblog” adlı internet saytının xəbərinə görə, D vitamini səviyyəsi yüksək olan xüsusilə qadınlarda qalın bağırsaq xərçəngi riski daha aşağı səviyədədir.

Aralarında Harvırd Universiteti, Çen Xalq Təbabəti Məktəbi, Milli Xərçəng İnstitutu və Amerika Xərçəng Topluluğunun da olduğu 20-dən artıq qurumdan araşdırmaçılar ABŞ, Avropa və Asiyadan 12 min insan üzərində apardıqları araşdırmaları birləşdirdi.

Araşdırma qalın bağırsaq xərçənginin qarşısının alınması üçün optimal D vitamini səviyyəsinin tövsiyə edilən gündəlik 600 vahidən daha çox olduğunu ortaya qoydu.

Buna görə, D vitamini səviyyəsi tövsiyə edilən konsentrasiyanın üzərində olan insanların qalın bağırsaq xərçənginə tutulma nisbətinin 22 faiz daha az olduğu aşkarlandı.

Hansı səviyyənin optimal səviyyədə olduğu isə hələ də məlum deyil.



Әlaqәli Xәbәrlәr