“Microsoft” uşaqlar üçün yeni texnologiya hazırlayıb

“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən “Project Zanzibar” texnologiyası hazırlanıb

982625
“Microsoft” uşaqlar üçün yeni texnologiya hazırlayıb

“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən “Project Zanzibar” texnologiyası hazırlanıb. Yeni texnologiya fiziki obyektləri identifikasiya etməyə və izləməyə imkan verən kiçik elastik xalçadan ibarətdir. “Zanzibar” uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya “daşımağa” və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandığını görməyə imkan verir.

Məlumata görə,  xalça fərdi kompüterə və ya planşetə qoşulduqdan sonra qurğu tərəfindən qəbul edilən obyektin təsviri ekranda görünür. Xalça üzərində bir neçə obyekt olduqda “Zanzibar” hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.

 

 

Mənbə:Azərtac

 



Әlaqәli Xәbәrlәr